![]()
Bu gün Azərbaycanın görkəmli rəssamı, Xalq rəssamı Xalidə Səfərovanın anadan olmasının 100 illiyi tamam olur.
Xalidə Səfərova 1926-cı ildə Gəncədə anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Yaradıcılığında əsasən peyzaj, natürmort və portret janrlarına müraciət edib.
“Payızgülü”, “Bahar çiçəkləri”, “Çinarlar”, “Yağışdan sonra”, “Mənim diyarım” və digər əsərləri ilə Azərbaycan təsviri sənətində özünəməxsus iz qoyub. Onun əsərlərində Azərbaycanın təbiəti, kənd həyatı və Abşeron, Qarabağ kimi bölgələrin mənzərələri geniş əksini tapıb.
Xalidə Səfərova 1977-ci ildə Əməkdar rəssam, 1989-cu ildə isə Azərbaycan SSR Xalq rəssamı fəxri adına layiq görülüb. 2005-ci ildə vəfat edib.
Subyekt.az