
Bu gün görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 101 ili tamam olur.
Onun ilk qələm təcrübəsi Şirzad Əliyevin sözlərinə yazdığı “Gözlə məni” mahnısıdır. Süleyman Ələsgərovun ifaçılıq yaradıcılığı həm lirik, həm də oynaq mahnılarla zəngindir. Onun iri həcmli əsərlərindən “Son atina” və “Tar ilə çalğı alətləri orkestri üçün konserti” həmişə diqqət mərkəzində olub. Bəstəkar hər iki əsərində tarın xüsusiyyətlərindən geniş istifadə edib. Vətənpərvərlik mövzusu onun yaradıcılığının əsasını təşkil edirdi. “Hardasan igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bura Vətəndir” “Gənclik marşı” və “Əsgər marşı” əsərləri bu gün də böyük sevgi ilə dinlənilir.
On bir operettanın, iki yüzdən artıq nəğmənin, simfonik poema və suitaların müəllifi olan sənətkar “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır” musiqi komediyalarının nəğmələrini bəstələyib.
Süleyman Ələsgərov 2000-ci ildə vəfat edib.
Subyekt.az