![]()
Bu gün Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 119 ili tamam olur.
Həqiqət Rzayeva 20 may 1907-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan opera sənətinin ilk qadın nümayəndələrindən biri kimi tanınıb və uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərib.
Sənətkar xüsusilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, “Əsli və Kərəm” operasında Əsli, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar obrazlarını uğurla canlandırıb. O, həmçinin xalq mahnıları və muğamların ifası ilə də dinləyicilərin rəğbətini qazanıb.
Həqiqət Rzayeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, gənc vokalçıların yetişməsinə töhfə verib. 1943-cü ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.
Həqiqət Rzayeva 2 avqust 1969-cu ildə Bakı şəhərində vəfat edib.
Subyekt.az