
Bu gün Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 117 ili tamam olur.
Həqiqət Rzayeva 1907-ci il mayın 20-də Lənkəranda anadan olub. O, Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. “Damğa” adlı satirik teatrında, Opera və Balet Teatrında, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində işləyib. Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” – Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” – Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır. Həmçinin “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub, “Xalq artisti” fəxri adına layiq görülüb.
Həqiqət Rzayeva 1969-cu ildə vəfat edib.
#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət #teatr #kino #aktrisa
Subyekt.az