![]()
Xaçmazdan olan beş nəfər zəvvar artıq müqəddəs torpaqlara çatıb.
Subyekt.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Ağalar Vəliyev tərəfindən müqəddəs Həcc ziyarətinə göndərilən ağsaqqal Nəzər Qafarov, şəhid anaları Məlahət Mürsəliyeva, Zəminə Ağasiyeva, Yeganə Tağıyeva və Vətən müharibəsi qazisi Akif Novruzov hazırda Həcc ibadətinin müqəddəs mərasimlərinə hazırlaşırlar.
Zəvvarların artıq ihram geyimində olduqları və Həccin irəli sürdüyü müqəddəs vəzifələrin icrasına başladıqları bildirilir. Bu müqəddəs səfər həm mənəvi dəyərlərin təbliği, həm də şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, deputat Ağalar Vəliyev tərəfindən müxtəlif sosial təbəqələrdən olan vətəndaşlara, xüsusilə şəhid ailələri, qazilər və ağsaqqallara daim diqqət göstərilir, onların mənəvi dəyərlərə bağlılığının dəstəklənməsi istiqamətində ardıcıl təşəbbüslər həyata keçirilir.
Allah zəvvarlarımızın müqəddəs Həcc ziyarətini qəbul etsin!
Subyekt.az