![]()
14 iyun 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz şəhəri Cəfər Cəbbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev iştirak etmişlər.
Bununla yanaşı, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən digər ümumi təhsil müəssisələrində də “Son zəng” tədbirləri qeyd olunmuşdur.

.

.

.
.

.

Subyekt.az