![]()
Xaçmaz Rayon İcra Hakimiyyəti və Xaçmaz Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində profilaktik reydlər və maarifləndirmə tədbirləri təşkil olunub.
Monitorinqlərin əsas məqsədi yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasını və uşaq əməyinin istismarının qarşısının alınmasını təmin etmək, həmçinin sahibkarlar arasında qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirmə işi aparmaqdır.
Rəsmi nümayəndələr xüsusilə xidmət sektorunda — restoran, kafe və digər ictimai iaşə obyektlərində baxışlar keçirib, obyekt sahiblərinə Əmək Məcəlləsinin tələblərini və yetkinlik yaşına çatmayanların əməyinin qanunsuz istismarına görə nəzərdə tutulan hüquqi məsuliyyəti xatırladıblar.
Uşaq hüquqlarının etibarlı qorunması istiqamətində bu cür monitorinqlər müntəzəm olaraq davam etdiriləcək.

.

.

Subyekt.az