![]()
Bu gün Vətən Müharibəsinin igid zabitlərindən biri, kapitan Aqil Məlikovun 40 yaşı tamam olur.
Aqil Məlikov – adı şərəf, ləyaqət və Vətən sevgisi ilə yazılmış bir ömür… O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müqəddəs savaşda böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı. Hərbçi andına sadiq qalan Aqil kimi igidlər sayəsində bu gün xalqımız qalib xalq kimi başı dik, alnı açıq yaşayır.
Kapitan Aqil Məlikov təkcə bir hərbçi deyildi – o, ailəsinin qayğıkeş övladı, dostlarının etibarlı sirdaşı, Vətənin isə mərd və cəsur müdafiəçisi idi. Onun həyat yolu gənc nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
2020-ci ildə baş verən Vətən Müharibəsində göstərdiyi igidlik, döyüş meydanında nümayiş etdirdiyi şücaət onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Aqil Məlikov kimi qəhrəmanların sayəsində torpaqlarımız azad edildi, üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalandı.
Bu gün onun 40 illik yubileyi münasibətilə əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. O, cismən aramızda olmasa da, əməlləri, igidliyi və xatirəsi daim yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhun şad olsun, qəhrəman kapitan Aqil Məlikov!
Quba rayon Alpan kənd YAP ərazi partiya təşkilatının sədri
Subyekt.az