
Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, Prof.Dr. Vüsal Qasımlını 50 illik yubileyi ilə bağlı təbrik edib. Komitə sədrinin yubilyar professora ünvanladığı təbrik məktubunda deyilir:
“Hörmətli Vüsal müəllim,
Sizi — Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, nüfuzlu ictimai və elm xadimini 50 illik yubileyiniz ilə bağlı səmimi-qəlbdən təbrik edirəm!
İcraçı direktoru olduğunuz mərkəzin, şəxsən Sizin fəaliyyətiniz, analitik baxış qabiliyyətiniz və ölkənin iqtisadi strategiyasının formalaşmasında göstərdiyiniz sistemli yanaşma ictimai-elmi mühitdə intellektual iz buraxıb. Çağdaş dönəmin çağırışlarına uyğun yanaşmalarınız, iqtisadi islahatların elmi əsaslarla izahı və topluma çatdırılması yönündə apardığınız ardıcıl fəaliyyət həm akademik mühitdə, həm də praktiki idarəçilik sahəsində öz yüksək dəyərini alıb.
Dövlətçilik prinsipinə və milli maraqlara sadiqliyiniz, intellektuallığınız, səmimiyyətiniz sizi həm alim, həm də tanınmış aydınımız olaraq fərqləndirir.
50 illik ömür yolunuzun bu mərhələsində İctimai birliklər və dini qurumlar komitəsi adından Sizə möhkəm cansağlığı, elmi və peşəkar çalışmalarınızda yeni başarılar diləyirəm!
Vətənə və dövlətə xidmət yolunda yeni uğurlar”!
Subyekt.az