![]()
#AAYDA-nın İdarə heyətinin sədri Vüsal Nəsirli avqustun 27-də Qəbələ rayonunda
Oğuz və
Qəbələ rayonlarının sakinlərini qəbul edib.
Qəbuldan əvvəl İdarə heyətinin sədri Vüsal Nəsirli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşların avtomobil yolları və yol infrastrukturu ilə bağlı müraciətləri və təklifləri aidiyyəti üzrə nəzərdən keçirilib. Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və həlli AAYDA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.

Subyekt.az