![]()
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Keniya Respublikasının Nayrobi şəhərində yerləşən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin (International Peace Support Training Centre – IPSTC) direktoru Çarlz Lenjo Mvaziqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Keniya arasında humanitar minatəmizləmə sahəsində ikitərəfli faydalı əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi, təlim potensialın gücləndirilməsi, eləcə də minatəmizləmə sahəsində müasir və innovativ yanaşmaların tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

.

Subyekt.az