![]()
Bu gün xalqımız ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir. Gecə ilə gündüzün bərabərləşdiyi Novruz bayramında yazın gəlişi, canlı həyatın yenidən canlanması xüsusi coşğu ilə qeyd olunur.
Novruz bayramı artıq 23 ölkədə yaşayan fərqli xalqlar tərəfindən qeyd olunur. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Artıq 10-a yaxın dövlətdə Novruz rəsmi bayram kimi qeyd olunur.
Qədim Türk mənşəli xalqlara məxsus bayram olan Novruz Bayramı munasibətilə hər birinizi təbrik edir, bol ruzi-bərəkət, firavan həyat, əmin -amanlıq və hər zaman zəfər arzulayıram.
Bayramınız mübarək.

Vüqar Bayramov
Subyekt.az