
Qənirə Paşayeva… Azərbaycan siyasətçisi, jurnalist, millət vəkili.
Bütün bunları ən uca bir yerə qoyuram.
Çünki mən Qənirə xanımın şairlik tərəfindən yazmaq istəyirəm.
Qənirə xanıma poetik tərəfdən baxsaq ancaq payız fəslini görə bilərik.
Misraları saralmış payız yarpaqları kimi qərib, qəmgin, üzgün, ümidsiz, çarəsiz, Titrək məsum qız barmağları kimidir…
Ən dərin sevgi hissləri açıq aydın gözlə görüləcək qədərdir.
Sevib qovuşmamaq ya da xəyanətlə qarşılaşmaq, əngəllərə rast gəlmək bu əngəlləri aşa bilməmək, çarəsizlik süzülən sətirləri oxuduqca ürəkdə sanki titrəyişlər başlayır..
“Mən Ana ola bilmədim ana”.! Misrası nə qədər dərin, qəm yüklü misradır.
Bir qadının ana olmaq istəyi lakin bu arzunun, istəyin daş yükü kimi ağırlığını ürəkdə daşımaq, heç vaxt analıq hissinin,duyğusunun nə olduğunu bilməmək heç vaxt ana ola bilməmək əzabı, iztirabı yüklənmiş Misralar altında əzilmək yalnız şair ruhlu qadının yox ən adi sadə bir qadının belə ruhundan sızıltı kimi gəlib keçə bilər.
“Mən səni bir belə sevməməliydim”
Ayrılıq yüklü şerləri ilə nə qədər ürəyini üzsədə siyasi palitrada, çıxışlarında həmişə təmkinli, və öz dik vüqarını qoruyan bir qadın idi.
Elə insanlar var ki onların adını keçmişdə hallandırmaq insanın özünə də ağır gəlir.
Ona görə də indiki zaman şəkilçisində hallandırıb Vüqarlı qadındır, deyirəm!
Firəngiz Sabir qızı
Subyekt.az