![]()
Hematologiya sahəsində elmi və klinik yeniliklərin müzakirəsinə həsr olunan VI Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi (AHMK 2026) noyabrın 21–22-də Bakıda keçiriləcək.
Subyekt.az xəbər verir ki, Radisson Hotel Bakuda təşkil olunacaq konqres çərçivəsində Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş hematologiya mütəxəssislərinin iştirakı ilə hematologiyanın müasir inkişaf istiqamətləri, aktual elmi məsələlər və klinik təcrübənin yeni nailiyyətləri müzakirə ediləcək.
Tədbirin əsas məqsədi hematologiya sahəsində çalışan mütəxəssislər arasında elmi və peşəkar əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, müasir diaqnostika və müalicə metodlarının müzakirəsi, eləcə də elmi tədqiqatların nəticələrinin təqdim olunmasıdır.
Konqres zamanı iştirakçılar hematoloji xəstəliklərin diaqnostikası və müalicəsində tətbiq olunan müasir yanaşmalar, innovativ müalicə strategiyaları və klinik praktikada əldə olunan yeni nəticələr barədə fikir mübadiləsi aparacaqlar.
AHMK 2026-nın hematologiya üzrə yerli və beynəlxalq mütəxəssislər arasında elmi dialoqun inkişafına, qabaqcıl klinik təcrübənin paylaşılmasına və Azərbaycan hematologiyasının beynəlxalq elmi platformalarda daha geniş təmsil olunmasına mühüm töhfə verəcəyi gözlənilir.
Konqres 21–22 noyabr 2026-cı il tarixlərində Bakıda, Radisson Hotel Bakuda keçiriləcək.
#AHMIb #HematologiyaMütəxəssisləri #Hematologia #Hematoloji #Hematology
Subyekt.az