“Mən bura ikinci dəfədir gəlirəm, çünki bir il yarım əvvəl bu ölkəyə səfər etmişdim və çox isti qarşılanma gördüm. COP-un təşkilatçılığından və bütün iştirakçılara göstərilən qonaqpərvərlikdən çox təsirləndim, bu səbəbdən də məndə çox yaxşı təəssürat yarandı”.
Subyekt.az Bizim.Media -aya istinadən xəbər verir ki, bu sözləri Müqəddəs Taxt-Tacın (Vatikan) Dövlət katibi kardinal Pietro Parolin jurnalistlərə açıqlamasında bildirib.
“İqlim dəyişikliyi böyük bir problemdir. Düşünürəm ki, beynəlxalq ictimaiyyət uzun müddətdir bu problemin fərqindədir, lakin əlbəttə ki, problemi həll etmək üçün tədbirlər çox yavaş görülür. Hesab edirəm ki, bu COP problemi həll etmək və onun öhdəsindən gəlmək üçün tədbirlərin həyata keçirilməsində irəliləyiş əldə etməlidir”, – deyə Parolin əlavə edib.
Subyekt.az