
Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar artist Vaqif Mustafazadənin anadan olmasının 85 ili tamam olur.
O, Asəf Zeynallı adına Musiqi Məktəbində, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Caz-muğam üslubunun banisi “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. “Caz-69” festivalında 1-ci mükafata layiq görülüb. O, “Leyli” vokal kvartetini, “Sevil” vokal-instrumental ansamblını yaradıb. 1979-cu ildə “Əzizəni gözləyərkən” kompozisiyası ilə Monakoda Beynəlxalq caz kompozisiyaları müsabiqəsində ən yaxşı bəstəkar kimi birinci yerin və “Ağ royal” mükafatının sahibi olub. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. Onun musiqi stili “Caz-Muğam” adlanır. Beynəlxalq caz müsabiqələri, festivallarının laureatı, Dövlət mükafatı laureatı olub.
Vaqif Mustafazadə 1979-cu ildə vəfat edib.
Subyekt.az