![]()
29–31 avqust 2025-ci il tarixlərində Türkiyənin Gaziantep şəhərində “XI. Deneysel Hematoloji Kongresi” keçirilib. Nüfuzlu elmi tədbirdə Azərbaycanı tanınmış hematoloq, tibb elmləri doktoru Valeh Hüseynov təmsil edib.
Kongres çərçivəsində Dr. Valeh Hüseynov Türkiyənin tanınmış mütəxəssisi Dr. Hüseyin Beköz ilə birlikdə bir paneli idarə edib. Panel zamanı hematologiya sahəsindəki ən son elmi yeniliklər, klinik praktikada tətbiq olunan müasir yanaşmalar və innovativ araşdırmalar müzakirə olunub. İştirakçılar panelin yüksək elmi səviyyəsini və müzakirələrin praktiki faydasını xüsusi qeyd ediblər.
Elmi proqramla yanaşı, kongres iştirakçıları Gaziantep şəhərinin mədəni irsi ilə də tanış olublar. Dr. Valeh Hüseynovun iştirakı ilə təşkil edilən Mozaik Muzeyinə ekskursiya tədbirə əlavə rəng qatıb.
Dr. Valeh Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə görə əməyi keçən bütün şəxslərə təşəkkürünü bildirib və belə beynəlxalq kongreslərin həm elm, həm də tibbi əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.





Subyekt.az