Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədardır, təlatümlü, coşqun, üfüqləri isə daha geniş, zəngin və əlçatmaz olur. Hamımızın həm poeziyasına, həm də şəxsiyyətinə dərin hörmət, məhəbbət bəslədiyimiz Musa Yaqub da belə yaradıcı insanlardandır. Ədəbi ictimaiyyətin daim diqqətində olan Musa Yaqub heç kəsin təsəvvürünə toxunmaz, yaşadığı hadisələri, duyumları öz səsi, öz ürəyinin dili ilə qələmə alar. Elə buna görədir ki, o, öz oxucularına məhrəm hisslər aşılaya bilir. O, əlkə də şəhərdən uzaq, daim təbiətin qoynunda məskən saldığındandır ki, hər daşı, hər qayanı öz dilində dindirməyi bacarır. Hər kiçik pöhrə boy atdıqca şairin fikirləri də böyüyür, dərələrdən keçib dərinləşir, dağdan boy alıb gələn bulaqlar kimi durulur. Musa Yaqub götürdüyü obyektə məna verir, onu düşündürən, oxuculara söz deməyə vadar edən obrazlı təfəkkürü ilə seçdiyi mövzunu əlaqələndirə bilir, həyata, cəmiyyətə, təbiətə şairanə baxışının ümdə xüsusiyyətinə çevirir. Şairi düşündürən, onu oxuculara söz deməyə məcbur edən obrazlı təfəkkür ilə mövzü əlaqədardır, onun həyata, cəmiyyətə, təbiətə şairanə baxışıdır. Musa Yaqubun istedadı qayaların köksündən car olan bulaqlara bənzəyir və oxucularının qəlbinə xoş bir sərinlik gətirir. Onun şeirləri öz ahəngini qaynar bulaqların zümzüməsindən, coşqun dağ çaylarının şaqqıltısından, ildırımlı göylərin nərəsindən alır. Onun poeziyası da, özü də elə təbiətin bir parçasıdır. Ənənəvi təsnifata görə M.Yaqub təbiət şairi adlandırılır. Təkcə ona görə yox ki, şair şəhərdən uzaq, ana təbiətin ecazkar mənzərələri ilə əhatə olunan bir mühitdə yaşayır. Həm də ona görə ki, o, tarix və zaman anlayışına, sevgiyə və gözəllik kateqoriyasına, bir sözlə, mənəvi-əxlaqi sərvətlərə təbiət prizmasından nəzər salır. Onun şeirlərində təbiət meyarları zaman, vaxt anlayışları ilə qarşılaşdırılır. Belə qarşılaşma üçün obyekt olaraq lirik qəhrəmanın taleyi seçilir. Bəs təbiətdən tarixə boylanan bu qəhrəman kimdir? MusaYaqub poeziyasında bu suala cavab tapa bilirik.
Şah dağının başı salamat deyil,
Piyada dağ nə şah, nə də mat deyil.
Şeirindəki lirik mənlər yad deyil,
O mən elə mən özüməm o məndə.
Musa Yaqub təbiəti “ömrün yaşıl ümidi” adlandırır, onun şeirlərində təbiət vətənin canlı timsalı kimi tərənnüm olunur. Maraqlıdır ki, Musa Yaqub poeziyasında təbiət gözəllikləri ilə bir sırada köhnə dəyirman divarı, sönmüş ocaq yeri də eyni hərarətlə şeir mövzusuna çevrilir. Şair təbiət təsviri fonunda həyat, zaman və dünya haqqında fikir və duyğularını ifadə edir. Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib, payız gəlib, qış qalıb. Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz. Musa Yaqubun poeziyasında lirik qəhrəmanın kədərli ovqatı həmişə təbiətin payız vaxtı ilə həmahəngdir. Payızda baharmhəsrəti təbii hissdir. Bəs “həsrətin qara daşlı ocaq yerindən dikələn həzin göynərti” nədir? Bu artıq bahara, yaxud payıza dəxli olmayan, yalnız lirik qəhrəmanın daxili iztirablarını ifadə edən obrazdır. “Bir payızlıq ümid”, “Atam…atam”, “Yay vaxtından qış vaxtına” kimi şeirlərində də insan əhval-ruhiyyəsi, lirik qəhrəmanın taleyi təbiətlə vəhdətdə götürülür. Burada ömrün tarixlə, zamanla, təbiətlə dioloqu həqiqətmizanı axtarışlarına istiqamətlənir. Burada şair ciddi-cəhdlə həqiqət axtaran, daşın da, torpağın da taleyini düşünən narahat müasirimiz kimi fəal görünür. Dünyadakı əyriliklər, milli qürurumuza yaraşmayan əməllər üçün günahkar kimdir, zamanyoxsa təbiət? Şair bu suala belə cavab verir:
Dəyişərmi kainatın qurğusu,
Həmin göydü, həmin yerdi, həmin su
Budağını əyən bizik, doğrusu,
Bu ocağı kim qalayıb görəsən?!
M.Yaqub lirik şairdir, onun bütün şeirlərində ana təbiətinözündən təbii bir zəriflik çaları var. Ömrün ömür”, “olmur”, “O günümüz üçün”, “Aşkar sözüm”, “Saxla həsrətimi” və s. M.Yaqubun bu mövzuda yazdığı uğurlu şeirlər hesab oluna bilər. “O günümüz üçün” şeirində şair sevginin sehrli aləminə də, necə deyərlər, təbiətin əlindən tutub daxil olur.
Nə yaxşı, zirvəyə boylanır gözüm,
Düşsəm də dərədə dumana, çənə.
Budaqlar səxavət, qayalar dözüm,
Çiçəklər kövrəklik öyrədir mənə.
Musa Yaqub lirikası qədim şeir kitabımızda təptəzə bir səhifədir. Bu səhifə həm də ana dilimizin bir möcüzəsidir. Bütün əsl lirika kitabları kimi, həqiqi, yandıran kədərləndirən, zəifləri ağladan lirika kimi söz möcüzəsidir. Musa Yaqub ana yurdumuzu vəsf edəndə duyğuları sellərdən coşğunluq, ilhamı qartallardan qanad alır. Şairin mövzu dairəsi genişdir. O hansı mövzuya əl atır-atsın, həyatın hansı neqativ cəhətindən danışırsa-danışsın, biz görürük ki, onda yaxşılığa doğru daim bir inam var. Şairin yaradıcılığının, demək olar, bütün dövrlərindəhər dəfə daha yeni, rəngarəng keyfiyyəti özünü aşkar göstərməkdədir.
Musa Yaqubun fikrincə insanın bircə baxışının minqanunu var. O məhəbbət dünyasına gərək xəyanət qatmayasan. Bəli, Musa Yaqubun qəlbi çeşmədir. Sinəsini açdı-saatlarla şeir deyər. Tanrısı saydığı, şeir- lunu seçdiyi Xaqanidən üzübəri Füzulidən, Vaqifdən, Mikayıl Müşfiqdən, Səməd Vurğundan, Bəxtiyar Vahabzadədən dürlü-dürlü şeirlər deyər, yoruldum nə olduğunu bilməz. Musa Yaqubun şeirləri öz ritmini, ahəngini bulaqların həzin zümzüməsindən, çayların coşqun səsindən, ildırımlı göylərin nərəsindən alıb. Onun poeziyasında təbiət dilə gəlir, səslənir, danışır, oxuyur. Ona görə də belə təbiidir, səmimidir, ürəyəyatandır, dillər əzbəridir Musa Yaqub şeirləri!
AYNUR TURAN
Subyekt.az