
Samux Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, şəhidin valideynləri, dostları, yaxınları və rayon ictimaiyyəti iştirak edib. Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Məktəblilər şəhidlər haqqında şeirlər deyiblər.
Maşıyev Asəf Volodya oğlu 26 noyabr 1982-ci il tarixdə Samux rayonunun Füzuli kəndində anadan olub. Samux rayon Füzuli kənd tam orta məktəbinin məzunu olub. İlk öncə Cəmşid Naxçıvanski adına hərbi-liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2006-ci ildə leytenant kimi xidmətə başlayıb. Uğurlu və peşəkar xidmətinə görə mayor rütbəsinə qədər yüksəlib.
Vətən müharibəsi zamanı qızğın döyüşlərdə kəşfiyyat komandiri kimi yüksək peşəkarlıqla və qəhrəmancasına döyüşüb. 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə itgin düşüb. 10 dekabr 2020-ci il tarixdə Samux rayonunun Füzuli kəndində dəfn olunub.
Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı mərdliyin, igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “3-cü dərəcəli Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
#Şəhidlər_Ölməz #Vətən_Bölünməz #Samux
Subyekt.az