
İşğaldan azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının rəhbəri cənab Samir Nuriyevə ;
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova;
Hörmətli Samir müəllim, hörmətli Vilayət müəllim!
Mən hər zaman haqqı deməyi özümə borc bilmişəm. İdarəetmədə olan müsbət halları cəmiyyətimizin diqqətinə heç bir təmənna gözləmədən bütün şəffafliği ilə çatdırmışam. Çatışmamazlıqları isə aidiyyatı qrumlarla əvvəlcə müzakirə edib nəticə hasil olmadıqa ictimai qaydada müraciət edib həll olunmasına çalışıram. Hazırki qeyd etdiyim məsələ ilə bağlı hər zaman vətəndaş müraciətinə xüsusi həssaslıqla yanaşan Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri hörmətli Elşad Hacıyevlə müzakirə etsəm də, bu mövzu müsbət həllini tapmadı.
Qanundan çıxarış:
Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır. (Normativ hüquqi aktlar haqqında qanun 25 ci maddə)
Qanunda göstərilir ki, normalar yaradılarkən məntiqə söykənilməlidir.
GÖYGÖL VƏTƏNDAŞI LAÇINA QONAQ GETMƏK ÜÇÜN 175 KM YERİNƏ NƏYƏ GÖRƏ 361 KM GETMƏLİDİR?
Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan vətəndaşı üçün yaratdığı əvəzolunmaz fürsətlərdən biri olan https://yolumuzqarabaga.az saytı vasitəsi ilə Göygöl sakini Laçına qonaq getmək üçün nə Murov yolu, nə Ağdərə, nə də Ağdam yolu ilə deyil, ilk olaraq bəzən isti, bəzən şaxtalı hava rejimində Füzuli rayonuna getməli, məhz oradan da Laçına yollanmalıdır.
Bu halın məntiqini tapmaqda çox çətinlik çəkirəm. Vətəndaşın sayt vasitəsi ilə marşurutu seçmək imkanı yoxdur. Vətəndaşa telefon vasitəsilə mesaj gələndə yazılır ki, “HÖRMƏTLİ VƏTƏNDAŞ, MÜRACİƏTİNİZ QƏBUL OLUNDU”. Vətəndaş belə təqdirdə bütün postları bir – bir saymalıdır. Azərbaycan polisi də deyir ki, marşurut barədə xüsusi qeyd olmadığı üçün sən Göygöl sakini, get Füzuliyə ordan isə Laçına. Yaranmış bu əngəl nə qədər əsaslı və məntiqlidir? Əgər marşurut barədə xüsusi qeyd yoxdursa, vətəndaş ən yaxın və sərfəli marşurutu seçə bilər. Qaydalarda olan ziddiyyət nəyə görə Azərbaycan vətəndaşının deyil, Azərbaycan polisinin xeyrinə həll edilməlidir?..
Əvvəlcədən təşəkkür edirəm!
Hörmətlə:
Vəkil Əziz Qənbərli
Subyekt.az