![]()
Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi 31 ünvanında istinad divarı uçub.
Subyekt.az Oxu24.com -a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, məhəlləni bir-birindən ayıran istinad divarı gecə saat 05:00 radələrində uçub. Xoşbəxtlikdən hadisə zamanı ərazidə heç kim olmadığından insan tələfatı baş verməyib.
Lakin uçan divar yaxınlıqda park edilmiş minik avtomobilinin üzərinə aşıb və nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Subyekt.az