
Ta qədimdən insanlar səhhəti ilə bağlı problemləri, loğman, təbib yanına getməklə həll edirdi. İnsan övladı şəfasını yad əllərdə, peşəkar əlində axtarmağa lap əvvəldən adət edib. Şəfa verən həkim insanın güvəndiyi insan obrazına çevrilib. Bu gün hər bir vətəndaş həkimlərə, klinikalara üz tutaraq yaranan problemləri aradan qaldırır. Məlumdur ki, ölkədə saysız-hesabsız klinikalar, özəl məkanlar var ki, bu işlə məşğul olurlar. Sağalmaq, gözəlləşmək və s. istəyən insanlar təəssüf ki, bəzi halda daha da ağırlaşır, digər xəstəliklərlə qarşılaşır və ya daha ağır fəsadlarla üzləşir.
Müasir dövrümüzdə əsl qurbana çevrilənlərin sayı günü-gündən artır. Bu ən çox kosmetoloji əməliyyatlar zamanı baş verir. Belə ki, Azərbaycanda estetik əməliyyat etdirənlərin sayı artsa da, heç də hamısı uğurlu nəticə vermir. Son vaxtlar bu tipli şikayətlərin sayı artmaqdadır. Kosmetoloji klinikalarda həkimlərin səhvləri bir dərd, bu proseduru həkim olmayanların etməsi isə iki və daha çox dərddir…
Hər kəs bilir ki, ölkədə kifayət qədər uşaq cərrahı var, onlar da digərləri kimi, yəni, həkimlər və ya həkim olmayanlar əməliyyat edir. Xəstələr ağır fəsadlaşmadan sonra uğursuz nəticəni görür. Məsələn, yırtıq əməliyyatı, kord kəsilməsi, testikulyar atrafiya, yüzlərlə sünnət xətaları və s. Hələ urolojik əməliyatların sayını demirəm, düşünürəm ki, istər dövlət istərsə özəl gurumlar bunlara şərait yaradır, uşaq ölümlərinin sayını məhz bu kimi işlər çoxaltmasa da, uşaq əliliyini ciddi artırır. Adlarını saydığımız ixtisaslardan öz sahəsində məşhur olan dostlardan biri öz övadını mənə müayinə edərkən dedim ki, öz uşağınızı niyə mənə göstərirsiniz, amma xəstələrinizi göndərmirsiz? Əməliyyat etməyə çalışırsınız, bir günə 15 saxta kriptorxizm əməliyatı erməyə çalışırsınız, utandı cavab verə bilmədi. Bilirsiniz, uşaq patologiyaları böyüklərə bənzəməz, onların çoxunun kökündə embriologiya durur, dərmanlarını çəkiyə görə veririk. Diş həkimi gnikoloq işləyə bilməz, damar həkimi ortoped-travmatoloq olanmaz, böyük cərrahı da uşaq cərrahı olanmaz və ya əksinə.
Burdan səslənmək istəyirəm uşaqları müalicə edən həkim və ya saxtakarlara, xaiş edirəm, uşaqlara zərər verməyin, onlar bizim gələcəyimizdir, dünyanın hər yerində uşaq yaşı 0-18 yaşdır. Məncə lazımi qurumlar bu işlə məşğul olmalı, dövlət və özəl klinikalarda saxta plastik cərrahların iç dünyasını ortaya qoyduqları kimi uşaqlara zərər verənləri də ifşa etməlidilər. Düşünün, bir oğlan uşağının sünnət sırasında zədələnməsi— SÜNNƏTSİZ oğlan uşağı nə deməkdir ailə və uşaq üçün!..
Xidmət olmayan yerdə mütəxəsisiz əməliyyat edib qurmağa çalışırlar, bunun üçün donatımsız yerdə qurmayın, bura Afrika deyil!
Allahverdi Musayev
TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, UŞAQ CƏRRAHI.
Subyekt.az