
Urmiya Bələdiyyəsi Azərbaycanın görkəmli aşıq sənətkarlarından olan Aşıq Məhəmmədhüseyn Dehqanın uzun illər yaşadığı məhəlləyə onun adını verib.
Subyekt.az xəbər verir ki, 1934-cü il təvəllüdlü Aşıq Məhəmmədhüseyn Dehqan Urmiya aşıq məktəbinin tanınmış ustadlarından sayılır. O, Aşıq Dərviş Vahabzadə, Fərhad Səlimi, Yusif Ohanes, Aslan Talebi kimi ustadlarla yanaşı, bu orijinal Azərbaycan musiqisinin qorunub saxlanmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Aşıq Dehqan təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də tanınıb, dəfələrlə ölkədaxili və xarici festivallarda iştirak edib.
Aşıq Dehqan sənət karyerası ərzində Quzey Azərbaycan, Türkiyə, Almaniya, Fransa, Çin, İsveç, Latın Amerikası ölkələri də daxil olmaqla dünyanın iyirmidən çox ölkəsində çıxış edərək Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıdıb. O, həmçinin Quzey Azərbaycandan aşıq sənəti üzrə doktorluq dərəcəsi almışdır.
Aşıq Dehqan 85 il sənətlə məşğul olub, çoxsaylı əsərlərlə yaratmaqla yanaşı 20-dən çox aşıq yetişdirmişdir.
#Azərbaycan #Təbriz #AşıqDehqan #Urmiya
Subyekt.az