
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı gənclər arasında Ümumilli Lider Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə məşğələlərə start verib.
YAP Quba rayon təşkilatının inzibati binasında Rayon İcra Hakimiyyətinin və rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məşğələdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxləri, rayon gənclərinin nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova giriş sözü ilə çıxış edərək keçiriləcək məşğələlər haqqında ətraflı məlumat verib. Sədr tədbirin mahiyyətini, mövzunun bütün dövrlər üçün aktuallığını və hər bir Azərbaycan vətəndaşının qarşısında dayanan vəzifə olduğunu önə çəkərək bilbirib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Gəncləri təşkil olunmuş dərslərdən öyrənəcəkləri məlumatların onların həyatlarında mayak rolunu oynayacağını söyləyən sədr gənclərə uğurlar arzulayıb.
Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gənclər tərəfindən öyrənilməsində bu önəmli addımın təqdirəlayiq olduğunu bildirdi. O qeyd edib ki, bu məşğələlərin YAP Quba rayon təşkilatının inzibati binasında keçirilməsinin də əhəmiyyəti çox yüksəkdir. Məhz bu məşğələlər nəticəsində Ulu Öndər Heydər Əliyevin sürdüyü şərəfli, ləyaqətli və iradəli həyatı, bu həyatın önəmli hadisələri barədə geniş məlumatlar çatdırılacaq. Məhz bu məşğələlər zamanı gənclərə Ümummilli Lider Heydər Əliyevin bənzərsiz bioqrafiyası geniş auditoriyaya aşılanmış olacaq.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinn hər zaman xüsusi yer tuturduğunu qeyd edərək, yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi üçün gənclərlə bağlı ölkəmizdə silsilə addımlar atıldığını vurğulamışlar.
Məşğələ qarşılıqlı diskussiya şəklində baş tutub və iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Sonda iştirakçılara Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.

.

.

.

.

Subyekt.az