
Heydər Əliyev dahi insan, tarixi şəxsiyyət idi. Bu cür insanlar bəlkə də yüz ildə bir dəfə doğulur. Xalq öz qəhrəmanlarını unutmur. Heydər Əliyev dövlət başçısı olub, onun adı ilə demək olar ki, bütün problemlərin həlli bağlıdır. O, ağır zamanlarda xalq üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir lider olub. Heydər Əliyev sağlığında Azərbaycan xalqının Ümummilli Lideri hesab edilib və fiziki olaraq həyatdan köçdükdən sonra xalq ona olan sevgi və hörmətini hələ də saxlayır. O, hər bir azərbaycanlı üçün istedadlı ölkə başçısı, məqsədyönlü, hərtərəfli şəxsiyyət kimi qalıb. Onun Ümummilli liderlik zirvəsini fəth etməyin kökündə ölkənin və xalqın ən ağır zamanlarda xilasedici missiyası yerinə yetirərək, dövləti və milləti düzgün yola yönəltmək dayanır.Bununla yanaşı, Heydər Əliyev təbiətcə yorulmaz insan idi, o, bütün həyatı boyu öz üzərində çalışıb (10 may 1923 – 12 dekabr 2003), Allahdan ona bəxş edilən istedadı inkişaf etdirərək hər zaman yeniliklər öyrənmək və öz dövrünü qabaqlamağa müvəffəq olub. Heydər Əliyev realist siyasətçi olub. Onun siyasi və idarəçilik prinsipləri romantizm və xəyalpərəstlikdən uzaq olub. Ola bilsin ki, onun qərarları ilk baxışdan kimin üçünsə əsassız görünsə də, lakin müəyyən vəziyyətdə optimal və düzgün olublar. Keçmişdə Azərbaycanın daxili işlərinə xarici müdaxilələr olurdusa, Heydər Əliyev Azərbaycanın ətrafına sanki dəmir hasar çəkib və belə halların qarşısını alıb. Məhz onun dünya arenasında apardığı uğurlu siyasət sayəsində Azərbaycan qısa müddətdə dünyada öz layiqli yerini tutub, müstəqil ölkə kimi şöhrət qazanıb. Dünya ölkələri onun ərazi bütövlüyünü tanımağa başlayıb, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzv olub. Təbii ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxaraq müstəqil olmuş müsəlman ölkəsi kimi, islam ölkələrinin də diqqətini çəkib, buna görə də onunla qarşılıqlı əməkdaşlıq, mədəni, siyasi və iqtisadi əlaqələrin qurulmasına başlanılıb.Digər tərəfdən, Heydər Əliyev bütövlükdə dünya ölkələri, xüsusən də islam ölkələri ilə müxtəlif sahələrdə geniş əlaqələrin qurulmasına böyük əhəmiyyət verib.
Ümumilli lider deyirdi ki, Azərbaycan islam dünyasının ayrılmaz hissəsidir. O, təhsil, səhiyyə, mədəniyyət, cəmiyyət və müxtəlif elm sahələrində, xüsusən də cəmiyyətin intibahının və ölkənin inkişafının əsasını təşkil edən elmi tədqiqatlarda beynəlxalq meyarlara uyğun yüksək ixtisaslı yerli kadrların hazırlanmasında hər zaman maraqlı olub. Heydər Əliyevin hakimiyyəti dövründə yüzlərlə tələbənin təhsil və tədqiqat məqsədilə Avropa, Amerika və digər inkişaf etmiş ölkələrə göndərilməsi müxtəlif sahələrdə elmi intibaha öz töhfəsini verib.Heydər Əliyev hakimiyyətdə olduğu ilk günlərdə öz xalqının dirçəlişi və xoşbəxt gələcəyi üçün fədakarlıq nümayiş etdirib. Bu dövrlərdə güclü dövlətin, milli dirçəlişin, sosial rifahın və Azərbaycanın mənəvi inkişafının əsası qoyulub.Hakimiyyətdə olduğu dövrdə Ümumilli Lider Heydər Əliyev Azərbaycan salnaməsinin ən parlaq və məzmunlu səhifələri yazılıb. Şəhər və kəndlər yenidən qurulub, sakinlərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, elm, təhsil və mədəniyyət, eləcə də bütün sahələrdə dəyişikliklər baş verib. Qısa zaman ərzində ölkə əsrə bərabər inkişaf yolu keçib. 90-cı illərin əvvəlində, Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan parçalanma və vətədaş müharibəsinin bir addımlığında idi. Ermənistanın Azərbaycan xalqına qarşı aqressiyası geniş miqyas almışdı. İstisadiyyat, siyasət və digər sahələrdə böhran əsl sınağa çevrilmişdi. Həmin dövrlərdə hakimiyyətdə olanların təcrübəsizliyi və peşəkarlığının olmamasından ölkə ağır vəziyyətdə idi. Bu dövr Azərbaycan üçün həlledici oldu: ya ölkə müstəqil dövlət olacaqdı, ya da separatçı qüvvələrin fəaliyyəti nəticəsində parçalanacaqdı. Azərbaycan seçim qarşısında idi. Bu kritik vəziyyətdə o dövrkü prezident Əbülfəz Elçibəy müdriklik nümayiş etdirərək dahi siyasi xadim Heydər Əliyevi köməyə çağırır. 1993-cü ilin iyununda Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçilir, elə həmin zaman Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edir. Həmin ilin oktyabrında xalq onu ölkə prezidenti olaraq seçir. Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında gördüyü işlər çox böyükdür. Nə qədər nəsillər dəyişsə də, minnətdar insanlar həmişə onun haqqında millətin atası, Ümummilli Lider, görkəmli şəxsiyyət, dahi azərbaycanlı kimi danışacaqlar. Onun adı ölümsüzdür, o, artıq Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Onu hər zaman xatırlayacaqlar, onun haqqıda filmlər çəkiləcək, kitablar yazılacaq, onun adı ilə küçələr, məktəblər, meydanlar salınacaq. O, hər zaman insanların qəlbində yaşayacaq. Heydər Əliyevin həyatı hər bir azərbaycanlı üçün nümunə olduğu üçün onu öyrənmək lazımdır.21 il öncə siyasi şöhrətinin zirvəsində, dahi rəhbər və müdrik insan Heydər Əliyev həyatdan köçdü. Lakin o, hər zaman ideyaları ilə bizimlə qaldı. Onun missiyası xilaskarlıq missiyası idi. Heydər Əliyevin dahi ideyaları, onu tərəfindən qurulmuş respublika prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Subyekt.az