![]()
Ukrayna ordusu rusların Donetsk vilayətinin Seversk istiqamətindəki hücumunu dəf edib. Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “İyulun 25-də düşmən 2 saat ərzində 150 canlı qüvvə, 6 tank, 3 zirehli transportyor və digər texnika ilə Ukrayna ordusunun Verxnekamensi və Qriqoryevkadakı mövqelərinə hücum edib. Nəticədə düşmənin 80 hərbçisi öldürülüb, 37 nəfər isə yaralanıb”, – məlumatda qeyd olunub.
Subyekt.az