![]()
Rusiyada “İsgəndər” və “Oreşnik” kompleksləri üçün raketlər istehsal edən müəssisəyə zərbə endirilib.
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücum zamanı Udmurtiyanın Votkinsk şəhərində yerləşən “Votkinsk zavodu” hədəfə alınıb:
“Müəssisə “İsgəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərinin istehsalı ilə məşğuldur”.
Zərbənin “Flaminqo” raketləri ilə endirildiyi iddia olunur.
Vurğulanıb ki, Votkinsk şəhəri ilə Ukrayna sərhədi arasındakı məsafə təxminən 1400 kilometrdir.
Subyekt.az