![]()
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunur.
“Söz körpüsü” layihəsi çərçivəsində, Yunus Emre İnstitutu və Mücrü Nəşriyyatının təşkilati dəstəyi ilə tələbələr arasında türkçülük və vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan olunur.
Məqsəd
Müsabiqənin əsas məqsədi tələbələr arasında türkçülük ideyalarını, milli ruhu və vətənpərvərlik duyğularını ədəbiyyat vasitəsilə təbliğ etmək, eyni zamanda xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılıq irsini gənc nəslə daha yaxından tanıtmaqdır.
İştirak şərtləri
Müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edə bilər;
Hər iştirakçı müsabiqəyə yalnız bir şeir təqdim edə bilər.
Mövzular
Türkçülük və Azərbaycançılıq
Vətən və Turan idealları
Texniki tələblər
Şeir orijinal olmalı və əvvəllər heç bir platformada (sosial şəbəkələr daxil olmaqla) dərc edilməməlidir;
Əsərlər Azərbaycan dilində təqdim olunmalıdır;
Mətnlə birlikdə müəllifin adı, soyadı və təhsil aldığı müəssisə qeyd edilməlidir;
Plagiat halları qəti qadağandır və aşkarlandığı halda iştirakçı müsabiqədən kənarlaşdırılacaqdır.
Qəbul qaydası
Şeirlər zerifkolgeler@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
Məktubun “Subject” (Mövzu) hissəsində:
“Türkün sarsılmaz ruhu” qeyd olunmalıdır.
📅 Son müraciət tarixi: 10 aprel 2026-cı il.
Mükafatlandırma
I, II və III yerin qalibləri diplom və hədiyyələrlə təltif olunacaqlar;
Seçilmiş ən yaxşı şeirlər Sabir Rüstəmxanlının yubiley tədbirində səsləndiriləcək və xüsusi nəşrdə dərc olunacaqdır.
Təşkilatçı: “Söz körpüsü” layihəsi
Təşkilati dəstək: Bakı Yunus Emre İnstitutu, “Mücrü” nəşriyyatı
Subyekt.az