![]()
Bu gecədən etibarən Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda meşə yanğını başlayıb.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Muğla valisi İdris Akbıyık biri Ula, digərləri isə Menteşe rayonunda olmaqla, ümumilikdə üç evin təxliyə edildiyini bildirib.
Yanğına müdaxilə işlərinə 7 təyyarə, 13 helikopter, 32 yanğınsöndürmə maşını, 7 buldozer, 62 su maşını, 12 ədəd ağır texnika və 232 nəfərlik heyət cəlb olunub.
Subyekt.az