![]()
Türkiyə Prezidenti Administrasiyasının Baş müşaviri Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda iştirak edib.
Tədbirdə jurnalistlərin suallarını cavablandıran Yalçın Topçu hiss və düşüncələrini bölüşərək deyib:
“Bir millət, iki dövlət” düsturu Azərbaycan-Türkiyə qardaşlığının əbədi rəmzidir.
Can Azərbaycanın 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü mübarək olsun!
İndi Şuşada daha bir möhtəşəmliklə dalğalanan üçrəngli, ay-ulduzlu şanlı bayrağa eşq olsun!
Otuz illik qanunsuz işğala 44 günlük şanlı Qarabağ Zəfəri ilə son qoyan əziz şəhidlərimizi rəhmətlə anır, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevi və qəhrəman qazilərimizi hörmət və minnətdarlıqla salamlayıram.
Birliyimiz və qardaşlığımız daim, dövlətlərimiz əbədi olsun. İnşallah!”
Subyekt.az