![]()
Qarabağ Dirçəliş Fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP31 tədbirində iştirak edir.
Tədbir çərçivəsində Türkiyənin tanınmış aktyoru Barış Arduç Azərbaycan pavilyonunu ziyarət edib.
Ziyarət zamanı qonağa Azərbaycan pavilyonunda ölkəmizin təbii sərvətləri, ekoloji təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı dirçəliş işləri barədə məlumat verilib.
Qarabağ Dirçəliş Fondunun COP31 çərçivəsində iştirakı işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinin, ekoloji tarazlığın qorunmasının və dayanıqlı inkişaf təşəbbüslərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Subyekt.az