Türkiyədə üçmərtəbəli binanın çökməsinin ilkin səbəbi məlum olub, saxlanılanlar var.
İstanbulda üçmərtəbəli binada 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən hadisəyə görə yaşayış evinin sahibi və birinci mərtəbədəki dönərxananın yiyəsi saxlanılıblar.
Bu barədə Türkiyə mətbuatı ixəbər verir.
Həbslər başladılan istintaq çərçivəsində həyata keçirilir.
İlkin məlumata görə, çökməyə səbəb məhz dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu səbəb olub. Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır.
Subyekt.az