
Türkiyənin şimal-qərbində silahlı insidentdə azı beş nəfər ölüb, bir o qədər də yaralanıb. Subyekt.az NOCOMMENT.az -a istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. “Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb. Silahlı dava zamanı beş nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Subyekt.az