
BETHPAGE, NY - APRIL 06: U.S. Republican presidential candidate Donald Trump says "you are fired" as he speaks to supporters during a rally on April 6, 2016 in Bethpage, New York. Front-running Republican candidate Trump will address supporters on the heels of a potentially damaging loss in the Wisconsin primary. (Photo by VIEWpress/Corbis via Getty Images)
ABŞ prezidenti Donald Tramp verdiyi göstərişə uyğun olaraq Somaliyə zərbələr endirib.
Subyekt.az Ajans.az – a istinadla xəbər verir ki, Tramp Somali xalqını “husilərin bölgədə məskunlaşmasına imkan verməməyə” çağırıb.
ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşdığı mesajda ABŞ ordusunun onun göstərişi ilə Somaliyə zərbələr endirdiyini açıqlayıb. “Terrorçuların gizlənmək vaxtıdır” deyən Tramp, dünyanın ən yaxşı ABŞ əsgərlərinin onları tapıb hərəkətə keçəcəyini qeyd edib.
Tramp ABŞ əsgərlərinin İŞİD-i 3 həftədən az müddətdə məhv etdiyini iddia edərək, terror ünsürlərini məhv etmək üçün ABŞ əsgərlərini yenidən təyin etdiyini qeyd edib.
ABŞ ordusu Somali hücumlarından əvvəl Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Yəmənin Səhiyyə Nazirliyi ABŞ hərbçilərinin paytaxt Sənanın qərbindəki Bəni Mətar bölgəsində həyata keçirdiyi hücumlarda 5 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib.
Subyekt.az