
Ukrayna döyüşlər zamanı 700 minə yaxın insan itirib
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatında çıxışı zamanı deyib.
“Çox güman ki, Ukrayna 700 min insan itirib. Bu, dəhşətlidir. Siz cəsədləri və bədən hissələrini bütün sahələrdə görə bilərsiniz. Biz bütün bunları peyklər sayəsində çox dəqiq görürük. Zelenski pis iş görür. Onun xalqı boş yerə ölür” – Amerika lideri bildirib.
O bildirib ki, Ukraynada baş verənlər ona 1863-cü il iyulun 1-3-də baş verən Amerika vətəndaş müharibəsinin ən qanlı döyüşü olan Gettisburq döyüşünü xatırladır.
Bundan əvvəl Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi – Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Ukraynanın təkcə 2024-cü ildə başlanan xüsusi əməliyyatdan indiyədək 590 min hərbçi həlak olub və yaralandığını bildirib.
Subyekt.az