![]()
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, Tramp bu barədə yeni prezident təyyarəsi olan Air Force One-ın təqdimat mərasimində danışıb. O, təyyarə ilə çoxsaylı xarici səfərlər həyata keçirəcəklərini bildirərək, yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini deyib.
Endryus Birgə Hərbi Hava Qüvvələri Bazasında keçirilən tədbirdə çıxış edən Tramp, Qətərin hədiyyə etdiyi və modernləşdirildikdən sonra prezident təyyarəsi kimi istifadəyə verilən Boeing 747-ni təqdim edib.
ABŞ lideri çıxışında Türkiyədən sonra Çinə də səfər planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Çin Prezidenti Si Cinpin sentyabr ayında ABŞ-a səfər edəcək, daha sonra isə Çində keçiriləcək böyük bir konfransda iştirak etmək üçün həmin ölkəyə gedəcək.
Subyekt.az