
ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfərləri çərçivəsində Türkiyəyə səfər edəcəyi öyrənilib. Səfər üçün dəqiq bir tarix verilməsə də, may ayının birinci yarısı göstərilir.
“Ərdoğan çox güclü və ağıllı adamdır”
CNN Türk ABŞ nümayəndəsi Yunus Paksoy “Tramp dəqiq bir tarix vermədi, lakin mayının ilk yarısı olduğu düşünülür.Onun ilk səfəri Səudiyyə Ərəbistanına olacaq” sözlərini deyib.
Qeyd edək ki , Tramp Netanyahuya da “Türkiyə ilə problemin varsa, mən həll edə bilərəm. Çünki Ərdoğanla çox yaxşı münasibətlərim var” sözlərini demişdi.
Subyekt.az