![]()
ABŞ Prezidenti Donald Tramp NATO-nun dağılması bahasına olsa belə Qrenlandiyanı əldə etməyə hazırdır, çünki o, alyansın dağılmasını faciəvi bir məsələ hesab etmir.
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, bunu Almaniya ordusunun keçmiş zabiti Florian Pfaff deyib.
“Təəssüf ki, Tramp bunu etməyə hazır olduğunu bildirib. Görünür, o, Qrenlandiyanı nəyin bahasına olursa olsun, əldə etmək istəyir”, – deyə o bildirib.
Pfaffın sözlərinə görə, Tramp Qrenlandiyanı ilhaq etməyəcək, çünki əks təqdirdə ABŞ üçün fəlakətli olacaq.
O əmindir ki, belə bir ssenaridə təkcə avropalılar deyil, dünyanın qalan hissəsi də Vaşinqtona qarşı çıxacaq.
Subyekt.az