
Türkiyədə toy mərasimi zamanı kütləvi davada 9 nəfər bıçaqlanıb. Məlumata görə, hadisə Adıyamanda qeydə alınıb. Besni rayonunun, Sayörən kəndində keçirilən toy mərasimində kütləvi dava olub. Dava zamanı 9 nəfər bıçaq xəsarətləri alıb. Hadisə yerinə gələn təcili yardım cəlb olunub, yaralılar müalicə olunmaq üçün Besni Dövlət Xəstəxanasına aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə əlaqədar 15 nəfəri şübhəli şəxs qismində saxlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Subyekt.az