![]()
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, İran dövlət televiziyası Şəhriyar rayonundakı Arguvan Ticarət Mərkəzində baş verən yanğınla bağlı təfərrüatlar verib.
Məlumata görə, yanğın nəticəsində 8 nəfər ölüb, 36 nəfər yaralanıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, lakin İnqilabın Baş Prokuroru Şəhriyar hadisə ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıb.
Subyekt.az