![]()
Subyekt.az şimal nyus-a istinadla xəbər verir ki, güclü sel və yağışlar nəticəsində ərazidə yol boyunca asfalt örtüyü çöküb. Hadisədən sonra 3 kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib.
Sakinlər bildirirlər ki, yolun yararsız hala düşməsi kəndlərə giriş-çıxışı mümkünsüz edib. Ən ciddi problemlərdən biri isə alternativ yolun olmamasıdır. Bu səbəbdən yerli əhali gündəlik hərəkətdə, xüsusilə təcili tibbi yardım, ərzaq təminatı və digər vacib ehtiyaclarla bağlı ciddi çətinlik yaşayacaq.
Subyekt.az