
Tayvanın Tayçunq şəhərində yerləşən “Shin Kong Mitsukoshi” ticarət mərkəzində güclü partlayış olub. Xəbər verilir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb. İlkin məlumata görə, partlayış ticarət mərkəzinin 12-ci mərtəbəsində yerləşən restoranda qaz sızması nəticəsində baş verib.Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
Subyekt.az