![]()
Londonun məşhur “Anfield” stadionu bu gün təkcə futbol həyəcanına deyil, Azərbaycan tarixinin rəmzinə çevrildi. “Qarabağ” – “Liverpul” qarşılaşmasının başlamasına cəmi 15 dəqiqə qalmış tribunada yaşanan bir an sosial şəbəkələrdə və azarkeşlər arasında böyük rezonans doğurdu.
Azərbaycanlı azarkeş Aysel Eldarqızının paylaşdığı fotolar sıradan bir kadr deyil. Bu, tarixdir. Qarabağ torpaqlarının işğaldan azad edilməsinin 5-ci ildönümündə “Kəlbəcər” sözünün Böyük Britaniyanın mərkəzində, Avropanın ən məşhur stadionlarından birində nümayiş etdirilməsi dərin mənəvi məna daşıyır. Bu, təkcə bir azarkeşin dəstəyi yox, xalqın qürurunun, yaddaşının və haqq mübarizəsinin simvoludur.
Həyəcanın pik həddə çatdığı anlarda “Anfield” tribunalarında Azərbaycan ruhu hiss olunur. “Qarabağ”ın avrokuboklardakı hər oyunu artıq sadəcə idman hadisəsi deyil – bu, ölkəmizin adının, Qarabağ həqiqətlərinin və şanlı tariximizin Avropaya daşınmasıdır.
Bu gün Qarabağ təkcə meydanda deyil, tribunada da qalibdir. Kəlbəcərin adı, Qarabağın ruhu və Azərbaycanın qüruru London səmasında dalğalanır.
Uğurlar olsun “Qarabağ”! Bu yol təkcə futbola deyil, tarixə aparan yoldur.



Rövşən Hüseynli
Subyekt.az