Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərli 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Bu barədə Əzizi Qənbərli Kəlbəcərli seçicilərə müraciət edib. Müraciətdə deyilir: “Hörmətli və Əziz KƏLBƏCƏRLİLƏRİM!
Mən 5 ildir ki, Sizin Vəkilinizəm, əmək haqqımı və Milli Məclisdəki stolumu Aqil Məmmədov özəlləşdirmişdir. Bunun günahkarı nə mən deyiləm, nə də ki, sadə Kəlbəcərlilərimiz deyil. Günahı dırnaqarası, yala hürən “tanınmışlarımızdır”. Allah heç kimi gözükölgəli eləməsin. Onlar da boğazlarına 5-10 manatın çatısını atıbdırlar. Bu gün də o çatı ilə hərlənirlər. Allah boğazlarından əksik etməsin.
Mən ötən dövr ərzində Sizin hüquqlarınızı müdafiə edərək hüquqlarınızın bərpa olunmasında hesab edirəm ki, vətəndaşın dövlətimizdən narazı qalmasının qarşısını alaraq cənab Prezidentimiz Ilham Aliyevin siyasi kursuna xidmət etmiş olmuşam. Mən bu seçkidə də Sizlərin çoxsaylı dəstəyinə güvənərək müstəqi namizəd kimi iştirak etmək qərarını vermişəm. Milli Məclisə keçib keçməyəcəyimdən aslı olmayaraq bu siyasi kursu dəstəkləyənlərin ön sıralarında gələcəm. Cavid Qurbanovun sayəsində 20 ildir rayonumuz deputatsızdır. Kəlbəcərlilərimizlə Dövlətimiz arasında möhkəm təməlli körpü olacam.
Rayonumuzun cari vəziyyətə düşməsində haqqın yanında susmağa üstünlük verən Kəlbəcərlilərimizin də “əməyi” danılmazdır.
Bu seçkidə özüm başda olmaqla namizəd olacaq hər kəsə, o cümlədən YAP-ın namizədi olan Aidə xanıma uğurlar arzulayıram.
Keçən seçkidə məni tanımırdınız, fikirləşirdiniz ki, yəqin Əziz Qənbərli də məlum şəxsdən umacağı var seçki bitdi Əziz də itəcək. Ancaq mən Sizlərin etimadına zərrə qədər xələl gətirəcək heç bir hərəkətə yol vermədim. Şəxsi bir umacağım yoxdur. Şəxsi umacaq üçün ən “yaxşı qapı” dırnaqarası “ağsaqqal”ın qapısı olubdur ki, nə qədər cəhd etsələr də mən o qapının yanından keçməyi ağlımın ucundan belə keçirtməmişəm. Mənim sədaqətim Siz Kəlbəcərlilərimə aydındır, artıq vəfa göstərmək zamanı Sizdədir. Öz həyatınız üçün qərarınızı verin! Özünüzə layiq namizədi dəstəkləyin!
Harada olmağımdan aslı olmayaraq mən hər zaman Siz KƏLBƏCƏRLİLƏRİMİN VƏKİLİ olacağam!
Hörmətlə,
Sizin Əziz Qənbərli!”
Subyekt.az