![]()
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.
Subyekt.az “Qafqazinfo”ya istinadla bildirir ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Subyekt.az