![]()
Başsağlığı
Əziz qardaşımız Elşad Paşasoyun atası, ömrünü bütövlükdə təhsil sahəsinə həsr etmiş dəyərli ziyalımız, hörmətli Əlihüseyn müəllimin vəfatı xəbərini dərin kədərlə qarşıladım.
Əlihüseyn müəllim ömrü boyu gənc nəslin yetişməsinə, savadlı və maarifpərvər insanların formalaşmasına böyük töhfə vermiş, zəhməti və fədakarlığı ilə yaddaşlarda iz qoymuş bir pedaqoq idi. Onun mənalı ömür yolu həm ailəsi, həm də onu tanıyan hər kəs üçün örnək olaraq qalacaqdır.
Bu ağır günlərdə başda Elşad bəy olmaqla bütün Paşasoy ailəsinə, yaxınlarına və mərhumun tanıdığı, hörmət bəslədiyi hər kəsə dərin hüznlə başsağlığı verirəm. Allahdan rəhmət, ailəsinə isə səbr və dözüm diləyirəm.
Qeyd etmək istərdim ki, Elşad bəy son illərdə atasının sağlığı və uzun ömür sürməsi üçün böyük fədakarlıq göstərmiş, övladlıq borcunu ləyaqətlə yerinə yetirmişdir. Bu da hər kəsin ehtiramla xatırlayacağı nümunəvi bir davranışdır.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Hörmətlə,
Rövşən Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Subyekt.az xəbər-informasiya portalının təsisçi baş redaktoru
Subyekt.az