![]()
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” publik hüquqi şəxsi və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən aksiya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutub. Aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək göstərilməsi olub.
Subyekt.az xəbər verir ki, Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, icra hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, eləcə də rayonun idarə və müəssisələrinin kollektivləri və gənclər iştirak ediblər.
Qanvermə prosesindən əvvəl donorlar tibbi müayinədən keçirilərək onların sağlamlıq vəziyyəti yoxlanılıb. Proses bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilib.
Aksiyada 100-ə yaxın rayon sakini könüllü olaraq iştirak edib. Toplanan qan nümunələri laborator müayinədən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil verilib.







#Qanveryaşat #TalassemiyasızHəyat #Qanqardaşım
Subyekt.az