![]()
Xəbər verdiyimiz kimi, Türkiyənin “C-130” hərbi-nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə olan 20 nəfərlik heyətin hamısı həlak olub.
Qəzanın səbəbləri ilə bağlı isə müxtəlif versiyalar səslənir. Bəziləri hadisəni texniki amillərlə izah etsə də, digərləri kənar müdaxilə ehtimalını da istisna etmir.
Maraqlıdır, hərbi ekspertlər bu barədə nə düşünür? Hansı ehtimallar daha real görünür?
Subyekt.az xəbər verir ki,mövzu ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, C-130 təyyarələrinin hazırlanmasına keçən əsrin ortalarından başlanılıb, 60-cı illərdən sonra isə artıq onları bir çox ölkələr, xüsusilə də ABŞ Hərbi Hava Qüvvələri geniş şəkildə istifadə edib:
“Bu dəfə baş verən fəlakətdə biz mühərriklərin sıradan çıxmasına dair əlamətləri, ən azından təqdim olunan görüntülərdə, müşahidə etmirik. Burada daha çox ilk ağıla gələn ehtimal təyyarənin köhnə olmasıdır. Yəni kifayət qədər uzun müddət istismardan sonra detallarında müəyyən korroziyanın yaranması, bu səbəbdən daxildəki yüklərin sağlam şəkildə bərkidilməməsi ehtimalı üzərində daha çox dayana bilərik.
Subyekt.az