Təyyarə qəzasında vəfat edən Azərbaycan vətəndaşlarının siyahısı açıqlandı
26 Dekabr 2024
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edən Azərbaycan vətəndaşlarının siyahısı açıqlanıb.Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Həlak olanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.