
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan Qusar rayonu sakini Xədicə Əlimirzəyeva dekabrın 27-də rayonun Suduroba kənd məzarlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.
Dəfn mərasimindən sonra mərasim iştirakçıları mərhumun məzarı önünə tər güllər düzərək ailəsi və yaxınlarına başsağlığı veriblər.

Subyekt.az